AZ

Tanınmış bankdan xəbərdarlıq: Neftin qiyməti 100 dollardan aşağı düşməyəcək

Hörmüz boğazı daha bir ay bağlı qalarsa, ilin sonuna qədər Brent markalı xam neftin orta qiyməti 100 dollardan yuxarı qalxacaq.

Musavat.com xəbər verir ki, ABŞ-ın nüfuzlu “Goldman Sachs" bankının analitikləri bu fikirdədirlər. Bankın proqnozuna görə, bu əlverişsiz ssenaridə Brentin qiyməti 2026-cı ilin ikinci yarısında orta hesabla 100 dollardan çox olacaq.

"Goldman Sachs"ın baza ssenarisi Hörmüz boğazından enerji təchizatının bu həftəsonu bərpa olunmağa başlayacağını və Fars körfəzindən ixracın bir ay ərzində tədricən münaqişədən əvvəlki səviyyəyə qayıdacağını nəzərdə tutur. Bu halda, analitiklər Brent neftinin orta qiymətinin üçüncü rübdə 82 dollar, dördüncü rübdə isə 80 dollar olacağını təxmin edirlər.

"Goldman Sachs" analitikləri vəziyyətin dəyişkən olduğunu və qiymətlərin daha da artması risklərinin qaldığını vurğulayırlar.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr