AZ

Rusiyada KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 100-dən çox müraciət VAR

Muromda 100-dən çox insan kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya müraciət edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS regionun operativ xidmətlərinə istinadən məlumat yayıb.

Rusiyanın Murom şəhərində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Kəskin bağırsaq infeksiyası diaqnozu ilə 100-dən çox şəxs tibb müəssisələrinə müraciət edib.

Məlumata görə, onlardan 50-dən çoxu, o cümlədən 30-u uşaq olmaqla stasionar müalicə üçün xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırmalar aparılır.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
14
interpress.az

1Mənbələr