AZ

AFFA Ehtiram Quliyevin sözlərinə görə "Turan Tovuz"u cərimələdi

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 15 min manat cərimə edib.

QOL.az xəbər verir ki, qərar komitənin bugünkü iclasından sonra açıqlanıb.

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan kubokunun yarımfinal mərsəhələsində "Zirə"yə uduzduqları ilk oyundan (0:2) sonra hakimlərin onlara qarşı qərəzli olduğunu bildirib. O, deyib ki, FİFA referisi Əliyar Ağayevin matça təyinat almasından sonra başlarına oyun gələcəklərindən şübhələniblər. Hətta klub rəhbəri "Haqqımız Əliyar Ağayevin haramı olsun" ifadəsini də işlədib.

Daha sonra AFFA Hakimlər Komitəsi Əliyar Ağayevin "Turan Tovuz" klubunun lehinə olan iki penaltini vermədiyini təsdiqləyib.

Seçilən
13
2
teleqraf.com

4Mənbələr