ain.az bildirir, Cebheinfo portalına istinadən.
Suriyada hakimiyyətdə olan cihadçı HTŞ, İsrailin hücum təhdidindən sonra bağlanan Livan sərhədindəki Cdeydet Yabus Sərhəd Keçid Məntəqəsinin yenidən açıldığını elan edib.
"Cebheinfo.az" xəbər verir ki, Suriyanın Quru və Dəniz Sərhəd Keçidləri Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr Müdiri Mazen Alluş sosial media hesabında verdiyi açıqlamada, Livana açılan Cdeydet Yabus Sərhəd Keçid Məntəqəsinin açıldığını və səhər saatlarından etibarən normal nəqliyyat axınının bərpa olunduğunu bildirib.
Xatırladaq ki, İsrail ordusunun Livanın Suriya sərhədində yerləşən Masna Sərhəd Keçid Məntəqəsinə hücum təhdidindən sonra Dəməşq rəhbərliyi Masnanın qarşı tərəfində yerləşən Cdeydet Yabus Sərhəd Keçid Məntəqəsini 4 aprel tarixində keçidlər üçün bağlamışdı.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.