AZ

Levandovski nəhənglərin hədəfində

"Barselona"nın hücumçusu Robert Levandovski yayda azad agent kimi komandadan ayrıla bilər.

Publika.az xəbər verir ki, polşalı futbolçunun başa çatan müqaviləsi hələ də uzadılmayıb. İspaniya mətbuatında yayılan informasiyalara görə, o, maaşının azaldılması şərti ilə də komandada qalmağa hazırdır.

Jurnalist Nikolo Şiranın məlumatına əsasən, 37 yaşlı futbolçu ilə bağlı artıq İtaliyanın "Yuventus"və "Milan" klubları maraqlanır. Hər iki A Seriyası təmsilçisi vəziyyəti izləyir və forvard ayrılmaq qərarı verərsə, danışıqlara başlamağa hazırdır.

Robert Levandovskiyə MLS təmsilçisi "Çikaqo Fayr" da maraq göstərir. Həmçinin Türkiyə və Səudiyyə Ərəbistanından da namizədlərin olduğu bildirilir.

Seçilən
3
publika.az

1Mənbələr