AZ

Uşaqları təhdid edən bıçaqlı şəxs: Psixoloqdan TƏCİLİ ÇAĞIRIŞ

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəmiyyət üçün risk daşıyan şəxs nəzarətsiz qala bilməz

Sumqayıt şəhəri, 41-ci məhəllədə yaşayan 88 yaşlı kişinin əlinə bıçaq alaraq binanın həyətində topla oynayan uşaqları təhdid etməsi görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra hüquq-mühafizə orqanları tərəfidnən lazımi tədbirlər görülüb.

Sakinlər bildirib ki, uşaqları təhdid edən, qorxudan şəxs tənha yaşayır, övladları olsa da, onunla maraqlanmırlar. Videoda şəxsin mənzilinin baxımsız halda olmağı da nəzərdən qaçmır. Sakinlər yaşlı kişinin dəfələrlə uşaqları təhdid etdiyini, övladlarının təhlükəsizliyinə görə narahat olduqlarını deyiblər. 

Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, şəxsin ruhi-psixi durumu ciddi şəkildə araşdırılmalı idi: 

- Məlumatdan aydın olur ki, vətəndaşların müraciətindən sonra polis üzərinə düşən vəzifəni yerinə yetirib. Bəs sonra nə olub? Burada məsuliyyət artıq əlaqədar qurumun – xəstəxananın (Nevroloji Dispanser, yaxud Rihi-Əsəb Dispanseri ola bilər) üzərində qalır. Hüquq-mühafizə orqanları böyük ehtimalla bu şəxsi dispanserə, həkim müyinəsi yönləndirib. Amma biz bilmirik, bu şəxsə, vətəndaşa hansı diaqnoz qoyulub; şizofreniyadırmı, depressiyadırmı, demensiya, nevroz... hansıdır. Əgər dispanser vətəndaşa qeyri-adi davranış pozuntusu diaqnozu qoymayıbsa, onun cəmiyyət üçün təhıükəli ola biləcəyinə dair sənəd tərtib etməyibsə, kimsə bu şəxsi 4 divar arasında saxlaya bilməz.Buna kimsənin hüququ çatmır. Bu şəxs də hamı kimi cəmiyyət içində olmaq hüququna malikdir. Yox əgər, şəxsin darvanışlarında cəmiyyət üçün təhlükə daşıyan elementlər varsa, uşaqların təhlükəsizliyinə təhdid yaradırsa, yenə də dispanser onuj ruhi-psixi durumu barədə sənət tərtib etməli və buna uyğun olaraq da şəxs cəmiyyətdən təcrid edilə bilər. 

F.Mehmanqızı bildirdi ki, hər hansı bir şəxsin əlində bıçaq insanları təhdid etməsi, ətrafa qorxu yayması cinayət tərkibli haldır. Lakin bu məsələdə şəxsin psixi durumu təqsirsizlik halı yarada bilər: 

- Hər hansı cinayət hadisəsi baş veribsə, bunu edən vətəndaşın əməli törədərkən anlaqlı, anlaqsız vəziyyətdə olması müəyyən edilir. Əlində bıçaq uşaqları təhdid edən həmin şəxsin də ruhi halı dəqiqləşməlidir ki, hansı vəziyyətdədir. Təbii ki doğmaları, ailə üzvləri varsa və onu tənhalığa tərk ediblərsə, qınanılası haldır. Belə vəziyyətdə sosial xidmətlə məşğul olan qurumlar vətəndaşla maraqlanmalı, müalicə olunmalıdırsa xəstəxanaya yönləndirilməlidir. Ətrafda insanları təhdid edən şəxsin nəzarətsiz qalması düzgün deyil. Vətəndaşların burada edə biləcəyi odur ki, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Gerisi, artıq qurumların üzərinə düşür. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
sherg.az

1Mənbələr