AZ

1 açıqlama, 15 min manat cərimə - Video

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 15 min manat cərimə edib.

QOL.az xəbər verir ki, qərar komitənin bugünkü iclasından sonra açıqlanıb. Qərarda bildirilib: "Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilsin".

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan kubokunun yarımfinal mərsəhələsində "Zirə"yə uduzduqları ilk oyundan (0:2) sonra hakimlərin onlara qarşı qərəzli olduğunu bildirib. O deyib ki, FİFA referisi Əliyar Ağayevin matça təyinat almasından sonra başlarına oyun gələcəklərindən şübhələniblər. Hətta klub rəhbəri "Haqqımız Əliyar Ağayevin haramı olsun" ifadəsini də işlədib.

Daha sonra AFFA Hakimlər Komitəsi Əliyar Ağayevin "Turan Tovuz" klubunun lehinə olan iki penaltini vermədiyini təsdiqləyib.

Seçilən
17
2
teleqraf.com

4Mənbələr