"Effektinvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) adını "Alfa Kapital"a dəyişib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Xatırladaq ki, "Effektinvest" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçiləri 51 % payla Fərid Köçərli, 47,5 % payla Şirin Cavadov və 1,5 % payla Elçin Niftiyevdir.