AZ

“Azexport" portalı "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin tərəfdaşıdır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalının rəsmi informasiya tərəfdaşlığı ilə 5-8 may 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində regionun aqrar və qida sənayesi üzrə ən nüfuzlu və genişmiqyaslı tədbirlərindən olan 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) keçiriləcək.

“İki sahil” xəbər verir ki, cari ildə də etibarlı və beynəlxalq səviyyədə tanınan bu tədbirlər sənaye mütəxəssislərini bir araya gətirərək, regionun ən mühüm peşəkar görüş və əməkdaşlıq nöqtələrindən birinə çevrilməsi hədəflənir.

Bu il kənd təsərrüfatı sərgisi yeni brend - “Caspian Agro Week” adı ilə təşkil ediləcəkdir. “Caspian Agro Week” aqrar sektor, qida sənayesi və “HoReCa” istiqamətlərini vahid platformada birləşdirərək yeni texnologiyaların və qabaqcıl təcrübələrin təqdimatı məkanına çevriləcək.

Qeyd edək ki, "Azexport" portalı sərginin rəsmi informasiya tərəfdaşı olmaqla yanaşı, tədbirdə həm də xüsusi stendlə təmsil olunacaq. Aqrar sahədə fəaliyyət göstərən yerli istehsalçıları, eləcə də bütün sahibkarları yeni ixrac və əməkdaşlıq imkanlarını dəyərləndirməyə dəvət edirik.

 Sərgilərin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.

Tədbirə dair ətraflı məlumatları və yenilikləri təqdim olunan keçid linkindən əldə etmək olar: https://caspianagroweek.az/az/main

Seçilən
28
ikisahil.az

1Mənbələr