AZ

Alya dan saxlanılması ilə bağlı qərara münasibət Foto

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Türkiyədə narkotik əməliyyatları nəticəsində daha 14 məşhur saxlanılıb.

Axşam.az-ın məlumatına görə, barəsində tutulma qərarı çıxarılan Sinem Özenç Ünsal məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.

"Çəkilişlər səbəbi ilə Mardindəyəm. Haqqımda çıxan xəbərləri indi öyrəndim. Adımın belə bir mövzu ilə yanaşı çəkilməsindən son dərəcə kədərliyəm. Ancaq həqiqətin tək olduğunu bilirəm və məsul şəxslərin bu istiqamətdə atdığı addımlara hörmət edirəm. Üstümə düşən nə varsa, etmək üçün yaxın vaxtda İstanbulda olacağam" deyə, o, yazıb. 

Xatırladaq ki, siyahıdakı 11 nəfər nəzarətə götürülsə də, birinin xarici ölkədə olduğu bildirilib. Digər 2 şəxsin saxlanılması istiqamətində işlər isə davam edir.

Qeyd edək ki, Sinem hazırda "Uzak şehir" serialında "Alya" obrazına həyat verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
axsam.az

1Mənbələr