AZ

Rusiya Asiya ölkələrini belə şirnikləndirir: 40 faiz ucuz satır

Yaxın Şərqdə vəziyyətə görə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükündə yaranan fasilələr fonunda, çətinlik çəkən Asiya ölkələrinə Rusiya istehsalı olan LNG təklif olunmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinə görə, Rusiya və Çindən olan vasitəçilər ötən həftə belə variantları açıqlayıblar.

Onlar əlavə sənədlərdə Oman və ya Nigeriyanın LNG mənbəyi kimi göstəriləcəyinə və daşınmanın qiymətinin bazar dəyərindən 40 faiz aşağı olacağına söz veriblər.

Nəşr göstərilən şərtlər altında qazın alınıb-alınmadığını təsdiqləyə bilməyib, lakin qeyd edir ki, mövcud çatışmazlıq Rusiya qazına olan marağı əhəmiyyətli dərəcədə artırır.

Seçilən
36
publika.az

1Mənbələr