AZ

Dosentdən nazirliyin Qazaxıstan səfəri ilə bağlı SƏRT sözlər: “Ordan bura tələbə gəlməz”

Dosent İlham Əhmədov Elm və Təhsil Nazirliyi nümayəndələrinin Qazaxıstana səfəri ilə bağlı tənqidi fikirlər səsləndirib.

Tribuna.az xəbər verir ki, İlham Əhmədov sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, səfərin məqsədi “Study in Azerbaijan” sərgisində iştirak, Azərbaycan universitetlərinin təbliği və Qazaxıstandan yerli ali məktəblərə tələbə cəlb etməkdir.
Ekspert hesab edir ki, bu təşəbbüs mövcud reallıqla uzlaşmır:
“Qazaxıstanda 200-dən artıq universitet var, onların 90 faizi bizim universitetlərdən daha keyfiyyətlidir. Bu halda Qazaxıstandan bura tələbə gəlməsi real deyil”.
İlham Əhmədov qeyd edib ki, Azərbaycan universitetlərinin diplomlarının beynəlxalq tanınması ilə bağlı problemlər hələ də qalır:
“2 ay əvvəl bizim baş nazir etiraf etmişdi ki, universitetlərimizin diplomları heç qardaş Türkiyədə də tanınmır. Bu halda qazaxıstanlı tələbələr Bakıya oxumağa gələrmi heç?”.
Ekspertin sözlərinə görə, informasiya dövründə universitetlərin real vəziyyətini gizlətmək və yalnız təbliğat üzərindən nəticə əldə etmək mümkün deyil:
“Məsəl var, ‘öyünməyə yad ölkə’. Amma internet zamanında hamı hər şeyi bilir, öyünməyə də imkan vermirlər daha”.
Seçilən
9
yenilik.az

1Mənbələr