AZ

“Turan Tovuz” klubu böyük məbləğdə cərimələnib

AFFA İntizam Komitəsi “Turan Tovuz”u yüksək məbləğdə cərimələyib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Kubokunda “Zirə” ilə yarımfinal mərhələsinin ilk oyununda azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5 000 manat cərimə edilib.

Bildirilib ki, həmçinin görüş bitdikdən sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə klub daha 15 000 manat cərimə ödəyəcək.

Bundan başqa, 4 üzvü sarı vərəqə alan “Zirə” 700 manat ziyana düşüb.

Seçilən
2
2
xezerxeber.az

3Mənbələr