AZ

Nigar Rüfət qanunsuz fəaliyyət göstərirmiş

Səhiyyə sistemində nəzarətin necə həyata keçirildiyi ilə bağlı ciddi suallar doğuran daha bir fakt gündəmdədir.

Publika.az
xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi fevral ayında “Laser Beauty Clinic”də yoxlama apararaq Nigar Rüfət adlı şəxsin müvafiq ixtisas təhsili olmadan kosmetoloq kimi fəaliyyət göstərdiyini açıqlayıb.

Ancaq aradan xeyli vaxt keçməsinə baxmayaraq, həmin şəxsin fəaliyyətinin niyə dayanıb-dayanmadığı barədə konkret məlumat verilmir. Əksinə, hazırda “kosmetoloq” yenə pasiyent qəbul edir.

Suallar fonunda aidiyyəti qurumların susqunluğu isə narahatlıq doğurur.

Aparılan araşdırma göstərir ki, daha əvvəl qanunsuz kosmetoloji fəaliyyətlə bağlı adı hallanan Nigar Rüfət hazırda da “Laser Beauty Clinic”də fəaliyyətini davam etdirir. “Kosmetoloq”un sosial şəbəkə səhifəsində paylaşdığı əlaqə nömrəsi ilə də əlaqə saxladıq. Həmin nömrəyə cavab verən Nigar Rüfətin köməkçisi hazırda onun “Laser Beauty Clinic”in “28 May” filialında fəaliyyət göstərdiyini bildirdi.

Nigar Rüfət isə fəaliyyətini gizli şəkildə etmir, sosial şəbəkələrdə də aktiv paylaşımlar edir. Ötən gün o, aprel ayına özəl endirim kampaniyasına start verdiyini pasiyentlərinə elan edib.

Seçilən
23
1
publika.az

2Mənbələr