AZ

Ziya Öztürklər: Ortaq tariximiz, mədəniyyətimiz və köklü ənənələrimiz ən möhkəm dayağımızdır

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 aprel, AZƏRTAC

Biz eyni millətin övladlarıyıq. Ortaq tariximiz, mədəniyyətimiz və köklü ənənələrimiz ən möhkəm dayağımızdır. Dostluq qruplarımız vasitəsilə parlamentlərimiz və ölkələrimiz arasındakı münasibətlərin daha institusional və səmərəli səviyyəyə yüksəldilməsi yalnız ikitərəfli əlaqələrimizi gücləndirməyəcək, eyni zamanda, Ana Vətən Türkiyə və Can Azərbaycanının öncülük etdiyi Türk dünyasındakı həmrəyliyə mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündəki çıxışı zamanı deyib.

O bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti bütün Türk dünyası üçün Şərqi Aralıq dənizinə açılan bir qapı, eyni zamanda, sülh və tarazlıq amilidir. Bu gün Yaxın Şərqdə baş verən hadisələr bu qiymətləndirmələrimizin nə qədər doğru olduğunu və dost, müttəfiq, qardaş dövlətlərin həmrəyliyinin nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha açıq şəkildə göstərib.

“Bu günə qədər hər zaman yanımızda olan Ana Vətənimiz Türkiyə və qardaş Azərbaycan parlamentləri ilə həyata keçirdiyimiz uğurlu əməkdaşlıqların və yaxın münasibətlərin bütün türk dövlətlərinin parlamentləri ilə də inkişaf etdirilməsinin vacib olduğuna inanırıq”, - deyə Ziya Öztürklər qeyd edib.

Müəllif - Tərgül Babayeva

Fotoqraf - Aydın Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
2
azertag.az

3Mənbələr