AZ

Ukrayna lideri Rusiyaya ərazi güzəştindən imtina etdi

BAKI, 9 aprel. TELEQRAF

“Ukraynanın Luqansk və Donetsk vilayətini – Donbası Rusiyaya verə bilmərik”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı bildirib ki, Rusiya Donbası ələ keçirsə, dayanmayacaq, Xarkovu da daxil olmaqla, digər regionları işğal etməyə çalışacaq.

“Donbasın təhvil verilməsini müzakirə edə bilmərik. Əgər Donbası ruslara versək, heç bir itki vermədən ən yaxşı qorunan bölgələrimizi işğal edəcəklər. Yeni istehkamların tikintisi bir il - bir il yarım çəkə bilər. Bundan sonra Xarkov və ÜDM-imizə böyük töhfə verən digər şəhərlərə hücum edə biləcəklər və cəmiyyətdə parçalanma yaranacaq. İstənilən parçalanma Putinin əsas məqsədi, eləcə də müstəqilliyimizin məhv edilməsidir”, - Zelenski vurğulayıb.

Seçilən
6
teleqraf.com

1Mənbələr