Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
NOCOMMENT.az-ın Cənub Bürosunun verdiyi xəbərə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1968-ci il təvəllüdlü Qurban Qasımov bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Fərid Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.