AZ

Şamil Ayrımdan Azərbaycan üçün MARAQLI TƏKLİF

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Növbəti dövrdə keçiriləcək görüşlər daha məqsədyönlü və mövzu əsaslı təşkil olunmalıdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Şamil Ayrım deyib.

“Artıq toplantılar gündəlik üzrə keçirilməlidir. Məsələn, növbəti iclas enerji mövzusuna həsr olunsun və bu sahədə bütün mütəxəssislər iştirak edib konkret təkliflərlə çıxış etsin”.

Deputat kənd təsərrüfatı sahəsində də oxşar yanaşmanın vacibliyini vurğulayıb:

“Azərbaycanın, Türkiyənin və Kiprin kənd təsərrüfatı sahəsində ciddi təcrübəsi var. Bu təcrübələrin paylaşılması və koordinasiyalı planlama aparılması çox önəmlidir”.

Şamil Ayrım hesab edir ki, bu sahədə düzgün strategiya tətbiq olunarsa, region ölkələri ərzaq təhlükəsizliyini tam təmin edə bilər:

“Əgər kənd təsərrüfatında ciddi planlama həyata keçirilsə, nə Türkiyənin, nə Azərbaycanın, nə də Kiprin ət, buğda və ya digər kənd təsərrüfatı məhsulları ilə bağlı problemi qalmaz”.

Sonda o vurğulayıb ki, Türk dövlətləri arasında bu cür praktiki və nəticəyönümlü əməkdaşlıq mexanizmləri təşkilatın 2040 vizyonunun reallaşmasına mühüm töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
modern.az

1Mənbələr