Coğrafiya üzrə fəlsəfə doktoru: “Son 30 ilin məlumatına əsasən bunu demək mümkündür...”
Havaların Pasxadan sonra düzəlməsi ilə bağlı fikir cəmiyyətdə geniş yayılmış inaclardan biridir. Xüsusilə yaşlı nəsil arasında tez-tez səslənən bu yanaşma ilk baxışda sadə müşahidəyə əsaslansa da, əslində həm həqiqət payı, həm də mif elementləri daşıyır. Pasxa (xüsusilə pravoslav Pasxası) adətən aprel ayına düşür. Bu dövr isə bizim regionda – o cümlədən Azərbaycanda – yazın sabitləşməyə başladığı vaxta təsadüf edir. Bu dövr isə Azərbaycanın iqlim xüsusiyyətlərinə görə yaz fəslinin daha sabit mərhələsinə keçid vaxtıdır. Mart ayının sonu və aprelin əvvəllərində hava əsasən dəyişkən, küləkli və yağıntılı keçir. Lakin ayın ortalarına doğru temperatur tədricən yüksəlir, günəşli günlərin sayı artır və hava nisbətən sabitləşir.
Bəzi illərdə Pasxadan sonra da sərin və ya yağışlı hava müşahidə oluna bilər, digər illərdə isə yaz daha tez gələ bilər.
Pasxa el arasında həm də Qızıl yumurta bayramı kimi tanınır. Günümüzdə Pasxa İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramı kimi qəbul edilir. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə” adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.
Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Kilsə təqviminə görə, gecə-gündüz bərabərliyi 21 martda baş verir və Bütöv Ay astronomik təqvimlə heç də həmişə uyğunlaşmır. Beləcə, Pasxa tarixi 22 martla 25 aprel arasında dəyişir. Bəzən Bütöv Ay tarixi 21 martla 18 aprel arası qəbul olunur. Təqvimdəki mövqeyi və simvolikası baxımından Pasxa, qədim yəhudi bayramlarından biri olan Pesaxa əsaslanır. Dünyanın müxtəlif hissələrində bir-birindən fərqli Pasxa adətləri olsa da, şəfəq xidmətləri, Pasxa bayramlaşması, kilsə dövrələməsi və İsanın boş türbəsinin simvolu olan bəzədilmiş Pasxa yumurtaları ümumi motivlərdir. Əlavə olaraq, yumurta döyüşdürülməsi, Pasxa dovşanı, Pasxa oyun və festivalları kimi ənənələr də vardır ki, bu ənənələr də xristianlarla yanaşı, qeyri-xristian topluluqlar arasında da geniş yayılmışdır. Pasxada müxtəlif şirniyyatların hazırlanması adətdir.
Qərb xristianlığında Pasxa gününə şənbədən hazırlaşırlar. Gecə qaranlığında tonqal yandırılır ki, bu da İsa peyğəmbərin dirilişinin simvolu hesab edilir. Şərq provaslav kilsəsində və Şərq ortodoks kilsəsində də Pasxa ən mühüm bayramdır. Bəs havaların Pasxadan sonra düzələcəyi ilə bağlı fikirlər mifdir, yoxsa...

Astroloqlar qeyd edir ki, Yerdəki hansısa bayramın atmosferdəki astroloji hadisələrlə bağlılığı, əlaqəsi yoxdur. Yəni Pasxa bayramının təbiət bayramı olması ilə bağlı fikirlər yanlışdır. Yaz fəslinin öz iqlim normaları var. Bu mövsümdə bəzən hava küləkli, yağışlı, soyuq, bəzən də mülayim, hətta çox isti ola bilir. Beləliklə onu hansısa dini ayinə və yaxud bayrama bağlamaq doğru deyil. Mövzu ilə bağlı coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov Musavat.com-a deyib ki, apreldə havaların qeyr-stabill keçməsinin birbaşa Pasxa ilə əlaqəsi yoxdur: “Pasxa dini bayramdır və hər il aprelin müxtəlif günlərinə düşür. Sadəcə, aprel ayında Azərbaycanda havaların istiləşməsi baş verir. Çünki Günəşin düşmə bucağı artır, fəsil dəyişir. Amma bunu da həmişə demək olmaz ki, apreldə havalar mütləq sabitləşir. Çünki elə illər olub ki, may ayında, hətta iyun ayının 10-na qədər havalar yaxşı olmayıb, stabilləşmə baş verməyib. Yəni havalar tez və ya gec sabitləşə bilər. Bu artıq sinoptik şəraitdən asılı olaraq baş verir. Amma ümumilikdə, apreldə temperatur artır və sinoptik şəraitdən asılı olaraq müəyyən sabitləşmə müşahidə olunur. Beləliklə, bütün illərin statistikası onu göstərir ki, Azərbaycanda aprel ayında havanın temperaturu artmağa başlayır və bu, bir qanunauyğunluqdur, belə də olmalıdır. Yəni mart ayına nisbətən apreldə havaların daha soyuq olması demək olar ki, mümkün deyil. Heç bir mart ayı apreldən daha isti olmur. Çox nadir hallarda belə istisnalar baş verə bilər.
Lakin ümumi proseslərin gedişi göstərir ki, müəyyən istisnalar olsa da, ümumi tendensiya dəyişmir. Ümumiyyətlə qiymətləndirmələr aparılarkən son 30 ilin məlumatları ümumiləşdirilərək deyilir ki, bütün hallarda aprel martdan daha isti olur. Son 30 ilin məlumatına əsasən bunu demək mümkündür”.
Xalidə Gəray
Musavat.com