
Bu gün Tehranda İranın sabiq Ali rəhbərinin vəfatının 40-cı günü münasibətilə genişmiqyaslı matəm mərasimləri keçirilir.
Missiya.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Bildirilib ki, mərhum liderin xatirəsini yad etmək məqsədilə İranın müxtəlif şəhərlərində yürüşlər və mitinqlər təşkil olunub.
Qeyd olunub ki, tədbirlərdə minlərlə insan iştirak edib və ölkə üzrə geniş anım proqramları həyata keçirilir.
Daşqın HəsənovMissiya.Az