AZ

Masallı rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirildi » AzadMedia.az


09 aprel 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirmişdir.

Qəbul zamanı vətəndaşların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilmişdir.

İlk olaraq müraciət edən Öncəqala kənd sakini maddi yardım göstərilməsi barədə xahişini diqqətə çatdırmışdır.

Növbəti müraciət Hüseynhacılı kənd sakini tərəfindən səsləndirilmiş, vətəndaş əkin sahəsi üçün istifadə etdiyi su kanalının qarşısının tutulduğunu iddia etmişdir.

Güllütəpə kənd sakininin müraciəti isə yol məsələsi ilə bağlı olmuşdur.

Daha bir müraciət Türkoba kənd sakini tərəfindən məşğulluq məsələsi ilə əlaqədar irəli sürülmüşdür.

Qəbul zamanı səsləndirilən müraciətlərin bir qismi yerindəcə öz həllini tapmış, digər məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Seçilən
22
1
azadmedia.az

2Mənbələr