AZ

ABŞ-da məxfi məlumatları mətbuata sızdıran qadın hərbçi saxlanılıb

ABŞ-da məxfi məlumatları mətbuata sızdıran qadın hərbçi saxlanılıb

ABŞ Silahlı Qüvvələrinin keçmiş hərbi qulluqçusu məxfi məlumatları kütləvi informasiya vasitələrinə sızdırdığı üçün saxlanılıb.

AFN.az xəbər verir ki, "NBC News" telekanalı ABŞ Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, o, jurnalistə "Delta" xüsusi təyinatlı dəstəsi barədə məxfi informasiyanı ötürməkdə ittiham olunur. Söhbət 2010-2016-cı illərdə Müdafiə Nazirliyində çalışmış və yüksək məxfi məlumatlara çıxışı olmuş 40 yaşlı Kortni Uilyamsdan gedir.

Müəyyən edilib ki, hərbçi qadın 2022-2025-ci illər ərzində adı açıqlanmayan bir jurnalistlə intensiv ünsiyyətdə olub. Bu müddət ərzində o, telefonla 10 saatdan çox danışıb və 180-dən çox mesaj göndərib. Media nümayəndəsi bu yolla Uilyamsın xidmət etdiyi bölmə haqqında məqalə və kitab yazmaq məqsədilə məlumatlar əldə edib. ABŞ Ədliyyə Nazirliyinin sənədlərində qeyd olunur ki, Uilyamsın adı həm məqalədə, həm də 2025-ci ilin avqustunda çap olunmuş kitabda yer alıb.

"NBC News" dəqiqləşdirib ki, söhbət böyük ehtimalla jurnalist Set Harpın "Viking Press" nəşriyyatı tərəfindən çap olunmuş "The Fort Bragg Cartel: Drug Trafficking and Murder in the Special Forces" ("Fort-Breqq karteli: Xüsusi təyinatlı qüvvələrdə narkotik qaçaqmalçılığı və qətllər") kitabından gedir. Kitabda Fort-Breqqdə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin elit "Delta" xüsusi təyinatlı dəstəsində baş verən qanunsuzluqlardan bəhs olunur.

Seçilən
24
afn.az

1Mənbələr