AZ

Trampın emissarları İLK DƏFƏ Kiyevə gedir – Yeni gəlişmə

ABŞ nümayəndə heyəti, prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Ağ Ev sahibinin kürəkəni Cared Kuşnerin rəhbərliyi ilə ilk dəfə Kiyevə səfər edə bilər. Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov "Bloomberg"-ə açıqlamasında bildirib ki, səfər 12 aprel tarixindən sonra reallaşa bilər. O əlavə edib ki, respublikaçı senator Lindsi Qrem də nümayəndə heyətində iştirak edə bilər. Bu səfərlə bağlı ən müxtəlif versiyalar səsləndirilməkdədir.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, səfərin məqsədi ABŞ-Ukrayna əlaqələrini gücləndirmək və regiondakı mövcud vəziyyəti müzakirə etməkdir: “Yaxın Şərqdəki müharibə təbii ki, birbaşa olaraq Şərqi Avropaya da təsir edib. Burada iki məqama xüsusilə diqqət etmək lazımdır. Birincisi, neftin bahalaşması Rusiyaya sərf edir və imkanlarını artırır. İkincisi, ABŞ-nin başı Yaxın Şərqdə qarışdığına görə Ukraynaya dəstək azalır. Hətta Tramp daha əvvəl müraciət edərək bildirib ki, Avropa Hörmüz boğazının açılmasına dəstək verməsə, ABŞ Ukraynaya dəstəyi dayandıracaq. Bu baxımdan davam edən müharibə Moskvaya sərf edir. Yaxın Şərqdəki müharibə daha çox davam edərsə, ABŞ Ukraynaya dəstəyi tamamilə dayandıra bilər”.

Onun fikrincə, Vaşinqton Kiyevə deyə bilər ki, Avropa paytaxtlarına Hörmüz boğazının açılmasına kömək göstərmək üçün təzyiq göstərsinlər.


Cavanşir ABBASLI
Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr