AZ

Peyvəndlə xərçəng xəstələrini sağaltmaq mümkün olacaq? - AÇIQLAMA

Rusiyada xərçəngin peyvəndi tapılıb və rəsmi olaraq İcbari Tibbi Sığorta sisteminə daxil edilib. Peyvəndin hər kəs üçün pulsuz olacağı bildirilib. Bu barədə Rusiya Hökumətinin sədri Mixail Mişustin tapşırıq verib. İllərlə çarəsi tapılmayan xəstəliyin peyvəndinin müharibə şəraitində olan dövlətin taparaq pulsuz etməsi geniş müzakirələrə səbəb olub. Epşteyn məsələlərindən sonra bunun insanın genetikasına təsir edə bilmək üçün qurulan yeni oyun olduğu iddialar sırasındadır.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, “xərçəngin peyvəndi” deyilən bir şey əslində immun sisteminin möhkəmləndirilməsi istiqamətində olan bir addımdır.

Adil

Onun sözlərinə görə, bu o demək deyil ki, vurulacaq və xəstədə heç bir xərçəng xəstəliyi olmayacaq, nə qədər canlılar varsa, o qədər də xərçəng var: “Xərçəng xəstəliyi həmişə olub, olacaq da. Sadəcə, indi daha geniş yayılıb, çünki ekoloji fəlakətlər də daha çoxdur. O ki qaldı xərçəng xəstəliyinin hansısa bir dərmanla müalicəsi, bu xəstəliklə bağlı təsəvvürlərin olmaması deməkdir. Təəssüflər olsun ki, bəzi həkimlər də televiziya ekranlarında bu cür nağıllar danışırlar ki, “Xərçəngin dərmanı tapılıb” və s. Bu xəstəlik bədəndə nəzarətdən çıxmış ikinci inkişafdır. Bu inkifaş gec-tez bədənlə qidalanır və daha sonra üstələyir. Xəstəliyin mahiyyəti budur. Hansısa dərman, tablet, peyvəndlə 2000-dən çox növü olan bədxassəli şişlərin qarşısını necə alına bilər?! Bu səbəbdən hesab edirəm ki, bu növ təxribatlara uymaq lazım deyil. Peyvənd bu məsələni həll etsəydi, onda dünyada heç bu problem qalmazdı. Xərçəng xəstəliyi dünyada artmaqda davam edir, artan dinamikada gedir. Yaxın 10-15 ildə xərçəngdən ölüm halları birinci yerə çıxa bilər. Hər halda proqnozlaşdırılan budur”.

 

Qeyd: Xərçəng əleyhinə peyvənd hər bir insanın RNT-si (Ribonuklein turşusu-bütün canlı hüceyrələrdə olan və zülal sintezində əsas rol oynayan bir zəncirli nuklein turşusu) üçün xüsusi olaraq yaradılır. Həkimlər əvvəlcə xəstənin şiş hüceyrələrini götürür və bir neçə saat ərzində onların əsasında peyvənd hazırlayırlar.

 

Şəhanə Quliyeva

Tarix: 9 Aprel 2026, 16:03   
Seçilən
4
pravda.az

1Mənbələr