AZ

Paşinyan cangüdənlə gəzir: Köçəryandan qorxur? Özü cavabladı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyana keçmiş prezident Robert Köçəryan haqda diqqət çəkən sual ünvanlanıb.

Globalinfo.az xəbər verir ki, brifinq zamanı jurnalist ondan Köçəryandan qorxub-qorxmadığını soruşub.

“Bizi təhdid etməyinizə baxmayaraq, nəhəng bir cangüdənlə gəzirsiniz, bəzi üzvləriniz, məsələn, kilsədə 18 yaşlı uşağın çənəsini sındırırlar. Bütün bunlara baxmayaraq, biz sizdən qorxmuruq, əksinə, bizim, məsələn, Robert Köçəryandan, Samvel Karapetyandan, Qaqik Tsarukyandan qorxmağımızı istəyirsiniz. Robert Köçəryandan nədən qorxmalı olduğumuzu anlamaq istəyirəm. Ondan şəxsən qorxursunuzmu? Köçəryanla əlaqədə olan biri kimi, dürüstcə deyə bilərəm ki, qorxacaq bir şey yoxdur. Xahiş edirəm bizi onunla da qorxutmayın”, – deyə jurnalist Nikol Paşinyana müraciət edərək bildirib.

Baş nazir isə sualı belə cavablandırıb:

Ümumiyyətlə, kimisə, xüsusən də xalqı qorxutmaq absurddur. Xalqan başqasından qorxmağa ehtiyac yoxdur. Ermənistanda xalq hakimiyyətin ali daşıyıcısı və mənbəyidir, istənilən qərarı verə bilər. Buna görə də, xalqı qorxutmaq, üzr istəyirəm, səhv bir ifadədir. Onlar mənim liderimdir və mən xalqı qorxutmağı təsəvvür belə edə bilmirəm. Köçəryandan qorxmağıma gəldikdə isə, bu, mənasız bir söhbətdir”.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
globalinfo.az

1Mənbələr