AZ

İtaliya Aİ-nin büdcə qaydalarını dayandırmağı gündəmə gətirdi

İtaliyanın Baş naziri Corciya Meloni bildirib ki, İran ətrafında böhran və Yaxın Şərqdə müharibə yenidən şiddətlənərsə, Avropa İttifaqı (Aİ) büdcə kəsiri qaydalarının müvəqqəti dayandırılmasını nəzərdən keçirməlidir. O, bu məsələ ilə bağlı parlamentdə çıxış edərək bildirib: “Biz hesab edirik ki, “Sabitlik və İnkişaf Paktı”nın müvəqqəti dayandırılmasının müzakirəsindən çəkinilməməlidir”.

Röyters Agentliyi xəbər verir ki, C.Meloninin sözlərinə görə, bu addım bütün Aİ üzvləri üçün ümumi tədbir kimi qiymətləndirilməlidir. Hökumət bu ay 2026-cı il və sonrakı illər üzrə iqtisadi artım proqnozlarını azaltmağa hazırlaşır ki, bu da ölkənin büdcə kəsirini Aİ-nin ÜDM-in 3 faizlik limitindən aşağı salmasını çətinləşdirə bilər. Həmçinin İtaliya hökuməti enerji bazarında mümkün süni qiymət artımlarının qarşısını almaq üçün əlavə tədbirlərə, o cümlədən enerji şirkətlərinə gözlənilməz mənfəət vergisinin tətbiqinə hazır olduğunu açıqlayıb. 

Qeyd edək ki, Aİ oxşar mexanizmi (COVID-19) pandemiya dövründə, 2020-2023-cü illərdə tətbiq etmiş və üzv dövlətlərə iqtisadi böhrana qarşı daha çevik maliyyə siyasəti yürütməyə imkan yaratmışdı. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr