AZ

Ağstafa İH başçısı Eynallı və Poylu kəndlərində növbəti dəfə vətəndaşları dinləyib -FOTOLAR

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Eynallı və Poylu kənd yaşayış məntəqələrində təşkil olunan növbəti səyyar qəbullarda aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların səlahiyyətli şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Səyyar qəbullarda giriş nitqi söyləyən RİH başçısı Ağstafada icra olunan və icrası nəzərdə tutulan abadlıq, əsaslı yenidənqurma layihələri barədə məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir regionda həyata keçirilən bu cür işlərin əsas məqsədi ölkənin iqtisadi gücünü daha da artırmaq, əhalinin güzəranını, rifahını yaxşılaşdırmaqdan ibarətdir. Dövlət başçısının sosialyönümlü siyasəti vətəndaşlarımız tərəfindən həmişə böyük rəğbətlə qarşılanır.

Daha sonra sakinlərin təklif və müraciətləri dinlənilib. Səsləndirilən məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8

Seçilən
8
veteninfo.az

1Mənbələr