AZ

Rus “Toyota”sına maraq azdır

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada 2026-cı ilin birinci rübündə cəmi 412 ədəd “Lada Aura” satılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Avtostat məlumat yayıb.

Bu model “Avtovaz”ın biznes modeli hesab edilir və vaxtaşırı olaraq “Toyota Camry” ilə müqayisə olunur. Hətta bir müddət əvvəl şirkətin rəhbərliyi “Aura”nın “Camry”dən daha üstün olduğunu iddia etmişdi. 

Statistika rusların həqiqi “Camry”yə marağının artdığını göstərir. Hesabat dövründə bu model 1264 ədəd satılıb. Nəzərə alaq ki, “Aura”nı Rusiyanın istənilən şəhərində rahatlıqla almaq mümkündürsə, yapon modelini sifariş verib aylarla gözləmək lazımdır. Həm də bu model rus maşınından daha bahalıdır.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
avtosfer.az

1Mənbələr