AZ

Əlimizi tətikdən çəkməyəcəyik – Pezeşkian

İran əlini tətikdən çəkməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün “X” səhifəsində paylaşdığı yazıda bildirib.

“Sionist rejimin Livana qarşı təkrar-təkrar etdiyi təcavüzlərin ilkin atəşkəs razılaşmasının açıq şəkildə pozulmasıdır və bu, mümkün razılaşmalara münasibətdə hiyləgərlik və öhdəliklərə sadiqliyin olmamasının təhlükəli göstəricisidir. Bu təcavüzlərin davam etməsi danışıqları mənasız edəcək; bizim əllərimiz tətik üzərində qalacaq və İran heç vaxt Livandakı qardaş və bacılarını tək qoymayacaq”,- deyə Pezeşkian bildirib.

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr