AZ

Sel-subasma hadisələri zamanı zərər necə qiymətləndirilir? - AÇIQLAMA

Əkin sahəsində baş verən müxtəlif hadisələr, o cümlədən sel-subasma hadisələri üzrə fermerlərdən daxil olan müraciətlər Aqrar Sığorta Fondu tərəfindən dərhal qeydə alınır. Fondun “1651” Çağrı Mərkəzi tərəfindən bəzi detallar dəqiqləşdirilir və bu müraciətlər ekspertlərlə iş şöbəsinə, daha sonra aqrar sığorta ekspertlərinə yönəldilir.

Bu sözləri AZƏRTAC-ın sorğusuna cavab olaraq Aqrar Sığorta Fondunun Müstəqil aqrar sığorta ekspertləri ilə iş şöbəsinin müdiri Samir İlyasov deyib.

O qeyd edib ki, qaydalara əsasən hadisə ilə bağlı müraciət daxil olduqdan 5 iş günü ərzində müstəqil aqrar sığorta ekspertləri əraziyə gedərək ilkin qiymətləndirmə aparırlar. Ancaq hazırda davam edən sel-subasma hadisələri zamanı ekspertin bu müddət ərzində əkin sahəsinə gedərək araşdırma aparması fiziki cəhətdən mümkün olmur. Belə ki, bəzi hallarda əkin sahəsinə gedən yol və ya körpü ilə bağlı problem yaranır və ya əkin sahəsi su altında olduğuna görə, burada ekspertiza aparılması mümkün olmur.

“Əkin sahəsinə dəyən zərənin hesablanmasına gəlincə, ilkin dəyərləndirmə yerində həyata keçirilir. İlkin baxış zamanı aqrar sığorta eksperti həm hadisənin dəqiq səbəbini, həm də dəymiş zərəri ilkin olaraq müəyyən edir. Əkin sahəsinə dəymiş yekun zərər isə məhsulun biçini ərəfəsində aparılan yekun qiymətləndirmədən sonra müəyyən olunur. Bütün lazımi sənədlər toplandıqdan 7 gün sonra aqrar sığorta ödənişi fermerin bank hesabına ödənilir”, - deyə Samir İlyasov vurğulayıb.

Seçilən
4
3
yeniazerbaycan.com

4Mənbələr