İran atəşkəs razılaşması çərçivəsində Hörmüz boğazı vasitəsilə gündə 15-dən artıq gəminin keçməsinə icazə verməyəcək. Bu barədə yüksək vəzifəli iranlı mənbə İslamabadda keçiriləcək danışıqlar ərəfəsində bildirib.
“Mövcud atəşkəs rejimi şəraitində Hörmüz boğazından gündə 15-dən çox gəminin keçidinə icazə verilmir. Bu hərəkət ciddi şəkildə İranın razılığından və müəyyən protokolun yerinə yetirilməsindən asılıdır. İslam İnqilabı Keşikçiləri Korpusu nəzarəti altında fəaliyyət göstərən bu yeni normativ-hüquqi çərçivə regiondakı tərəflərə rəsmi şəkildə çatdırılıb. Müharibədən əvvəlki status-kvoya qayıdış olmayacaq”, — deyə mənbə bildirib.