AZ

Gərgin söhbətdən sonra: Paşinyan Putinlə yenə də görüşəcək – Tarix bəllidir

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin daha bir təkbətək görüş keçirəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri brifinqdə bildirib.

"Biz artıq şəxsən görüşmək barədə razılığa gəlmişik. İyunun ikinci yarısı da daxil olmaqla, yüksək səviyyəli görüş keçirmək barədə razılığa gəlmişik", - deyə o bildirib.

Rusiya və Ermənistan liderləri aprelin 1-də Moskvada danışıqlar aparıblar. Ermənistanın "Hraparak" qəzetinin yazdığı kimi , Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında qapalı qapılar arxasında qızğın müzakirə aparılıb. Görüşdən sonra Moskvanın hazırkı Ermənistan hökuməti ilə əlaqəli iri şirkət, müəssisə və mədəniyyət təşkilatlarının nümayəndələrinin ölkəyə girişinə qadağa qoymaqla hədələdiyi bildirilib.

Seçilən
6
publika.az

1Mənbələr