AZ

Arzu Nağıyev: Azərbaycan müharibə strategiyası, diplomatik manevrləri ilə nümunə ortaya qoydu

Azərbaycan müharibə strategiyası, diplomatik manevrləri ilə bir nümunə ortaya qoydu.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Deputat deyib ki, cəmi 44 gün davam edən Vətən müharibəsində qələbəni bir sıra amillər şərtləndirib: “Birinci səbəb Ali Baş Komandan İlham Əliyevin prinsipial, strateji və qətiyyətli liderliyidir. Prezident İlham Əliyevin müharibə vaxtı apardığı informasiya savaşını da xüsusi qeyd etmək lazımdır. Diplomatik səviyyədə tarazlığı qoruyaraq haqq səsimizi dünyaya yaymaq, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqın birliyi bu qələbənin əsas sütunlarını təşkil etdi. Milli ruhun gücü, müasir hərbi texnologiyalar, effektiv idarəetmə və hərbi kadr siyasətində milli potensialın düzgün istifadəsi nəticələrin əldə edilməsində həlledici oldu. Azərbaycanın qazandığı uğurlar göstərdi ki, hərbi qələbə yalnız döyüş meydanında deyil, liderlik, milli birlik və strateji uzaqgörənlik sayəsində mümkündür. Azərbaycan tək regional deyil, beynəlxalq səviyyədə də öz gücünü göstərdi, dövlətçiliyin və milli iradənin nümunəsini ortaya qoydu: “Bu siyasət ərazi bütövlüyünün, suverenliyin qorunması və hər bir Azərbaycan vətəndaşının rifahının təmin edilməsinə xidmət etdi”.
Arzu Nağıyev qeyd edib ki, bu gün böyük güclər beynəlxalq hüququ tapdalayır və dünyanın hər yerində silahlı münaqişələr, müharibələr sabitlik və təhlükəsizlik üçün ciddi təhdidlər yaradır: “Rusiya-Ukrayna müharibəsi bu vəziyyətin bariz nümunəsidir. Avropanın siyasi və iqtisadi tarazlığı pozulub və bu münaqişənin yaxın zamanda həlli sual altındadır. Eyni zamanda ABŞ, İsrail və İran qarşıdurması 40 gündən çox davam etdi, bu gün isə atəşkəs də kövrəkdir, münaqişənin həlli istiqamətində hələ ciddi addım atılmayıb. İran bir sıra tərəfdaşlarının kəşfiyyat məlumatlarından istifadə edərək Hizbullah vasitəsilə İsrail infrastrukturlarını hədəfə aldı. Körfəzdə isə zərbə endirilən əsas infrastrukturlar müsəlman və ərəb ölkələrinə məxsusdur. Üstəlik, Hörmüz boğazından keçən tankerlərdən 2 milyon dollar alınması gündəmə gəlib”.
Parlamentin komitə sədri qeyd edib ki, bütün bunların fonunda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə etalon kimi qəbul edilə bilər. Zəfər və 2023-cü ildə aparılan anti-terror əməliyyatları bir nümunədir. 44 gün ərzində Ermənistan məğlub oldu və Azərbaycan müharibə strategiyası, diplomatik manevrləri ilə bütün proseslərdə fərqli bir nümunə ortaya qoydu”.

Seçilən
18
1
apa.az

2Mənbələr