AZ

Qadınların hərbi xidmət müddəti azaldıldı

BAKI, 9 aprel. TELEQRAF

Azərbaycanda hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb.

Qanuna əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda bir sıra düzəlişlər aparılıb.

Dəyişikliklərə əsasən, hərbi xidmət müddəti ilə bağlı bəzi müddəalar yenilənib. Belə ki, ehtiyatdan hərbi xidmətə qəbul olunan şəxslər üçün xidmət müddəti 3 il olaraq saxlanılıb, qadınlar üçün isə bu müddət 6 ay müəyyən edilib.

Eyni zamanda, sənəddə terminoloji dəyişikliklər də aparılıb. “Qulluq” sözü “xidmət” sözü ilə əvəz olunub, eləcə də müddətlərin göstərilməsi ilə bağlı ifadələr “ay/il” formatına uyğunlaşdırılıb.

Seçilən
32
teleqraf.com

1Mənbələr