AZ

İsrail naziri: İranla atəşkəs səhv idi

BAKI, 9 aprel. TELEQRAF

“ABŞ-nin İranla atəşkəsə getməsi səhv idi”.

Teleqraf xəbər verir ki, bunu İsrailin diaspor işləri naziri Amiçay Şikli deyib.

Nazir hərbi əməliyyatların dayandırılmasının uzun müddət davam edəcəyinə şübhə ilə yanaşdığını bildirib.

“Düşünürəm ki, bu mərhələdə atəşkəs razılaşmasına getmək səhv idi”.

Şikli atəşkəsin qüvvədə qalma ehtimalını 50 faiz olaraq qiymətləndirib.

Seçilən
20
teleqraf.com

1Mənbələr