AZ

İran ali liderinin vəziyyəti AÇIQLANDI

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib ki, ölkənin ali lideri Müctəba Xamenei özünü yaxşı hiss edir və ölkədə vəziyyəti tam nəzarətdə saxlayır.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

"Onun səhhəti yaxşıdır və bütün proseslərə nəzarət edir", - deyə Xətibzadə qeyd edib.

Diplomat əlavə edib ki, Xameneinin ictimaiyyət qarşısına çıxmaması bölgədəki son dərəcə təhlükəli vəziyyətlə bağlıdır. Onun sözlərinə görə, ABŞ beynəlxalq hüququ pozaraq "dövlət başçısını öldürdükdən" sonra təhlükəsizlik riskləri artıb.

Xətibzadə həmçinin iddia edib ki, İsrail ABŞ-nin tərəfdaşı kimi daha irəli gedərək istənilən şəxsi hədəfə almaqdan çəkinməyə bilər.

Bundan əvvəl Pentaqon rəhbəri Pit Heqset isə Xameneinin vəziyyətinin ağır olduğunu bildirmişdi. Onun sözlərinə görə, İranın yeni ali lideri yaralanıb və ciddi xəsarətlər alıb. Hegset həmçinin qeyd edib ki, İranın sənaye infrastrukturu faktiki olaraq "yerlə-yeksan edilib".

O əlavə edib ki, iki həftəlik atəşkəsə baxmayaraq, ABŞ hərbçiləri tam döyüş hazırlığı vəziyyətində qalırlar.

Seçilən
21
far.az

1Mənbələr