AZ

İki qadın sevgili olduqları mərhumun dəfn mərasimində dalaşıblar - FOTO

Meksikanın Verakruz şəhərində keçirilən dəfn mərasimində qeyri-adi hadisə baş verib. İki qadının mərhum kişi ilə münasibəti üzə çıxandan sonra tabutun yanında dalaşıblar.

Herbiand.az bildirir ki, bu barədə The Sun nəşri yazıb.

Məlumata görə, dəfn mərasimi zamanı qadınlardan biri tabutun yanında pıçıltı ilə “Sevgilim, sənin üçün darıxacam” sözünü deyib. Yaxınlıqda duran digər qadın isə bu sözləri eşidib və onda şübhələr yaradıb. O buna sərt reaksiya verərək digər qadınla dalaşmağa başlayıb. Bu zaman tabutun qapısı az da olsa açılıb, lakin qadınlardan biri tabutun qapağını yenidən düzəldib. Mərasimdə iştirak edənlər qadınları ayırıblar.

Müdaxiləyə baxmayaraq, görüntülər sosial mediada yayılıb və dünyanın hər yerindən istifadəçilər arasında qızğın müzakirələrə səbəb olub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
21
herbiand.az

1Mənbələr