AZ

"Ərzaq qiymətlərinin artması qanunauyğun prosesdir" - Deputat

"Ərzaq qiymətlərinin artması qanunauyğun prosesdir. Ona görə ki, Yaxın Şərqdə baş verən hadisələr fonunda Hörmüz boğazının bağlanması qlobal bazarlarda enerji qiymətlərinin sürətlə artmasına yol açıb".

Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki,  istehlak olunan bütün malların dəyərinin tərkbində enerji qiymətləri əsas rol oynayır:

"Bu baxımdan enerji qiymətlərinin artması qeyri-neft məhsullarının qiymətlərinin artmasını məcbur edib. Azərbaycanın daxili bazarı 100% özünü təmin etməyə keçməyib. Ölkəmizə  idxal olunan malların qiymətləri qlobal bazarlardan asılıdır və ona görə qiymət artımları baş verir. Dövlət bazarlarda qiymət artımlarının əhalinin sosial vəziyyətinə təsirlərini azaltmaq üçün tədbirlər görür. Bu tədbirlər vergi güzəştləri, müəyyən malların istehsalı və  idxalına subsidiyaların verilməsi  və ya sosial paketlərin icrası şəklində həyata keçirlir".

Anar Kəlbiyev

Seçilən
14
2
unikal.az

3Mənbələr