İran Prezidenti Məsud Pezeşkian İsrailin Livana hücumlarının atəşkəs razılaşmasını pozduğunu bildirib və bunun danışıqları mənasız edəcəyi barədə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, Pezeşkian bu barədə X sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib: “Sionist qurumunun Livana qarşı təkrarlanan təcavüzü ilkin atəşkəs razılaşmasının kobud şəkildə pozulması və aldatmanın, eləcə də potensial razılaşmalara sadiqliyin olmamasının təhlükəli göstəricisidir”.
İran Prezidenti əlavə edib: “Bu təcavüzlərin davam etməsi danışıqları mənasız edəcək, əllərimiz tətikdə qalacaq və İran heç vaxt Livanlı qardaş və bacılarını tərk etməyəcək”.
Aminə ŞAHSUVARQIZI