AZ

Xocavənddə məskunlaşma olan yerlər telekommunikasiya xidmətləri ilə təmin edilib

"Aztelekom" MMC Xocavənd rayonunda məskunlaşma olan yaşayış məntəqələrini telekommunikasiya xidmətləri ilə təmin edib.

Bunu "Far.Az"un Xocavəndə ezam olunmuş əməkdaşına müsahibəsində şirkətin mətbuat katibi Alidə Mustafayeva bildirib.

"İşlər ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, ardıcıl şəkildə həyata keçirilir. Xocavənd rayonunun 4 496 təsərrüfatını əhatə edən şəhər mərkəzi, Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos, Xocavənd, Quzeyxırman, Güneyxırman, Xanoba və Tağverdi kəndlərində telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə müasir tələblərə cavab verən texnoloji avadanlıqlar quraşdırılaraq istifadəyə verilib. Nəticə etibarilə Xocavənd ərazisində internet də daxil olmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 344 ev təsərrüfatı və 14 biznes subyektini əhatə edib", - deyə o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, Qarabağ regionu üzrə layihənin 2025-ci il üçün nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb: "Ümumi uzunluğu 1,000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edən əsas baza rolunu oynayır. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 9 şəhər, 29 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Bu ərazilərdə 8 905 yeni abunəçi (8 422 ev təsərrüfatı və 483 biznes subyekti) şəbəkəyə qoşulub".

Seçilən
25
far.az

1Mənbələr