"Avropa çempionatında Azərbaycanın qadın cüdoçuıarından gözləntilər böyükdür".
Apasport.az xəbər verir ki, bu sözləri qadın cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Amina Abdellatif jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb:
"Hazırlıq yüksək səviyyədədir. Avropa çempionatına sayılı günlər qalıb. Qitə birinciliyinə ciddi hazırlaşırıq. Avropa çempionatından sonra Bakıda təşkil olunacaq dünya birinciliyinə hazırlaşacağıq. Hər zaman yarışlara medal ümidi ilə gedirik. Avropa çempionatında da qadın cüdoçulara ümidlər böyükdür. Bu dəfə də məqsədimiz dəyişmir - uğur qazanmağa çalışacağıq".
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Qitə birinciliyində 46 ölkədən 409 cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq.
Daşkəsəndə müasir cüdo zalı istifadəyə verilib
Gəncədə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışına start verilib
Azərbaycan yığması Avropa Kubokunu 24 medalla başa vurdu
Gəncədə cüdo üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib
Gəncədə cüdo üzrə Avropa Kuboku start götürüb