AZ

Sumqayıtda yolu qazdılar, təmir etməyi unutdular Aylardır işgəncəyə çevrilib VİDEO/FOTO

ain.az, Bakupost saytına istinadən bildirir.

Sumqayıtda 9-cu mikrorayon, Üzeyir Hacıbəyov küçəsindən “Araz” market istiqamətinə uzanan yol acınacaqlı vəziyyətdədir.

Bakupost.az-a şikayət edən sakinlər bildiriblər ki, yol uzun müddətdir çuxurlarla doludur. Ərazidə aylar əvvəl qazıntı işləri aparılsa da, sonradan nə təmir edilib, nə də əvvəlki vəziyyətinə qaytarılıb. Yağışlardan sonra isə həm piyadaların gediş-gəlişi, həm də avtomobillərin hərəkəti daha da çətinləşib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Bakupost.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində şəhərin bəzi küçə və prospektlərində yol örtüyündə qismən deformasiyalar, çökmələr və çala-çuxurlar yaranıb.

“Mövcud vəziyyət nəzərə alınaraq, aidiyyəti qurumlar tərəfindən ərazilərdə operativ baxış keçirilib, zəruri tədbirlərin icrasına başlanılıb. Hazırda problemli sahələrdə təmir-bərpa işləri və asfalt örtüyünün yenilənməsi istiqamətində işlər davam etdirilir”.

Qurumdan o da bildirilib ki, yaxın günlərdə şəhərin bütün problemli ərazilərində yol infrastrukturu tam bərpa olunacaq.

Lalə,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
www.bakupost.az

1Mənbələr