AZ

Azərbaycanda ödənişli yolda baş verən ağır qəzanın TƏFƏRRÜATI VİDEO

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundakı yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Açıqlamada qeyd olunub ki, ötən gün saat 05:30-da Lənkəran rayon sakini Azər Ağayev idarə etdiyi DAF markalı, qoşqulu yük avtomobilini Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən 124-cü kilometrində saxlayaraq onu tərk edib:

"Bu vaxt arxadan gələn "Scania" markalı yük avtomobilinin sürücüsü Kalsın İsmailov idarəetməni itirərək əvvəl piyada qismində yolda dayanan A.Ağayevi və onun avtomobilini vurub, sonra yoldan çıxaraq torpaq əraziyə düşüb.

Qəza nəticəsində xəsarət alan hər iki sürücü xəstəxanaya çatdırılıb və ilkin tibbi yardım aldıqdan sonra buraxılıblar. Avtomobillərə və daşınan yükə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır".

13:08

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda çoxtonnajlı avtomobil aşıb.

View this post on Instagram

Oxu.Az xəbər verir ki, Rusiya vətəndaşına məxsus, qarpızla yüklənmiş DAF markalı yük maşını ödənişli yolun Şabran rayonu ərazisindən keçən hissəsində qəzaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
1
oxu.az

2Mənbələr