AZ

Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində

style='margin-bottom:10px;'>

Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA Pro lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçin aparıcı klublarından biri olan “Valerenqa”da bir həftəlik təcrübə proqramında iştirak edir.

QOL.az xəbər verir ki, təcrübə müddətində E. Çodarov “Valerenqa”nın əsas komandasının baş məşqçisi Geir Bakke ilə görüşüb. 

Proqram çərçivəsində millimizin məşqçisi komandanın məşqlərini izləyib və iş prosesi ilə yerində tanış olub. Elnur Çodarov “Valerenqa”nın baş məşqçisinə üzərində adı yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.

Seçilən
37
10
teleqraf.com

10Mənbələr