“Hörmüz boğazı ABŞ gəmiləri üçün də açıqdır, lakin keçid yalnız İranın razılığı ilə və düşmən hərəkət olmadığı halda mümkündür”.
Bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Britaniyanın ITV telekanalına açıqlamasında deyib.
“Hörmüz boğazı açıqdır. Lakin hər bir tanker və gəmi təhlükəsiz keçid üçün İran hakimiyyətləri ilə zəruri tədbirləri razılaşdırmalıdır”, - diplomat bildirib.
O, ABŞ gəmilərinə boğazdan sərbəst keçid hüququnun tətbiq olunub-olunmadığı sualına müsbət cavab verib.
“Hər hansı düşmən davranışı istisna olmaqla heç bir fərq yoxdur. Lakin biz hesab edirik ki, hazırda belə əlamətlər yoxdur. Buna görə hər kəs adi qaydada keçə bilər”, — XİN müavini əlavə edib.