AZ

Azərbaycan və Litva parlamentləri arasında əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdəolan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene iləgörüşüb.

Trend xəbərverir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Litva arasında mövcud dostluqmünasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləribarədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Litva Başnazirinin ölkəmizə rəsmi səfəri iki dövlət arasında mövcud olansəmimi münasibətlərin və əməkdaşlığın daha da genişləndirilməsiniyyətinin göstəricisidir.

Milli Məclisin sədri qonağı parlamentdə salamlamaqdanməmnunluğunu ifadə edərək qeyd edib ki, Azərbaycan və Litvaarasında tarixən formalaşmış əlaqələr və xalqlar arasında dostluqmünasibətləri ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəminyaradır.

Söhbət zamanı ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin vəsiyasi dialoqun əməkdaşlığın genişləndirilməsində mühüm roloynadığı qeyd edilib.

Spiker Sahibə Qafarova ölkələr arasında imzalanmış sənədlərinəməkdaşlıq üçün möhkəm hüquqi baza yaratdığını qeyd edərək,müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin vacibliyinidiqqətə çatdırıb. Söhbətdə iqtisadi və ticarət əlaqələrinin mövcudpotensiala uyğun inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, buistiqamətdə əlavə imkanların mövcud olduğu vurğulanıb.

Humanitar sahədə əməkdaşlıqdan danışan Milli Məclisin sədritəhsil və mədəniyyət sahəsində əlaqələrinin xalqlar arasındamünasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib.Hazırda Litva ali təhsil müəssisələrində çoxlu sayda azərbaycanlıtələbələrin təhsil aldığı və qarşılıqlı mədəni tədbirlərinkeçirildiyi məmnuniyyətlə qeyd olunub.

Görüşdə iki ölkə arasında parlamentlərarası əməkdaşlığınəhəmiyyətinə toxunulub. Qarşılıqlı səfərlərin və parlamentlərarasıəlaqələr üzrə işçi qruplarının fəaliyyətinin qanunverici orqanlararasında dialoqun inkişafına töhfə verdiyi vurğulanıb.Parlamentlərin profil komitələri arasında əməkdaşlığındərinləşdirilməsinin vacibliyi haqqında danışılıb.

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene səmimi qəbulagörə təşəkkürünü bildirib. Ölkəsinin Azərbaycanla əlaqələrininkişafına böyük önəm verdiyini deyən qonaq, mövcud geniş imkanlarıqeyd edərək iqtisadiyyat, humanitar, müdafiə və təhlükəsizliksahələrində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Litva parlamentində Azərbaycanla dostluq qrupunun üzvü olduğunubildirən qonaq, ikitərəfli münasibətlərin inkişafındaparlamentlərin roluna toxunaraq, işçi qruplarının fəaliyyətiningenişləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq olunmasınınəhəmiyyətini vurğulayıb.

Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı vəparlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanışolublar.

Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
43
10
az.trend.az

10Mənbələr