AZ

Donbası versək, Rusiya Dnepr və Xarkovu da işğal edəcək

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Ukrayna Donbası versə, Rusiya dayanmayacaq və digər yaşayış məntəqələrini də ələ keçirməyə çalışacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerdən ibarət Amerika nümayəndə heyəti Moskvada Putinlə həddindən artıq vaxt keçirib. Trampın komandası Rusiyanın əslində nə istədiyini tam olaraq anlaya bilmədi”, - Zelenski bildirib.

Zelenski qeyd edib ki, Kreml rəhbərinin psixologiyasını və hərbi məqsədlərini Ağ Evdən daha yaxşı başa düşür:

“Xüsusilə, Ukrayna güzəştə gedib Donbası Rusiyaya təhvil verərsə, Moskva digər regional mərkəzləri ələ keçirməyə çalışacaq. Əsasən də Dnepr və Xarkovu. Etiraf etməliyik ki, bəzi amerikalılar Donbasın bizim üçün heç bir əhəmiyyət kəsb etmədiyinə inanır. Onlar Putinin onları aldadacağını və bu cür addımlardan sonra belə işğalı davam etdirəcəyini etiraf etmək istəmirlər. Amerikalılar Putinə etibar edə biləcəklərinə əmindirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
axar.az

1Mənbələr