AZ

Elnur Çodarov Norveçin "Valerenqa" klubunda təcrübə proqramında iştirak edir

Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA PRO lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçin aparıcı klublarından biri olan "Valerenqa"da bir həftəlik təcrübə proqramında iştirak edir.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Təcrübə müddətində E.Çodarov "Valerenqa"nın əsas komandasının baş məşqçisi Qeyr Bakke ilə görüşüb. Görüş zamanı tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, məşq prosesinin təşkili və iş prinsipləri ilə yaxından tanışlıq baş tutub.

Proqram çərçivəsində millimizin məşqçisi komandanın məşqlərini izləyib və iş prosesi ilə yerində tanış olub. Elnur Çodarov "Valerenqa"nın baş məşqçisinə üzərində adı yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.

XXVII turun açılış oyununu Nicat İsmayıllı idarə edəcək

AFFA “Turan Tovuz”u cərimələdi: 20000 manat!

AFFA İntizam Komitəsinin iclası keçirilib

Rauf Əliyev: “Neftçi” yüksəlişdədir"

Əvəzedicilər liqası: XXIII turun təyinatları açıqlanıb

Seçilən
40
10
apasport.az

10Mənbələr