AZ

“Assist Finance İnvestisiya Şirkəti ndə yeni təyinat

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Assist Finance İnvestisiya Şirkəti"nin Müşahidə Şurasının üzvü eyni zamanda Audit Komitəsinə sədr  təyin olunub. 

Bu, Elvira Məmmədova Xanlar qızıdır. O, bu vəzifədə Ruslan Cəfərovu əvəz edib. Audit Komitəsinin sturukturundakı digər üzvlər Novruzov İlham Süleymanşah oğlu və İsmayılov Ayaz Allahverən oğlu əvvəlki kimi vəzifələrini davam etdirəcəklər.

Xatırladaq ki, Elvira Məmmədova daha öncə "Assist Finance İnvestisiya Şirkəti"nin Müşahidə Şurasına üzv təyin edilmişdir. O, bu vəzifədə Elşad İbrahimovu əvəz edib. Elşad İbrahimov "Kapital Bank"ın Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə təyinat alıb.

 “Assist Finance Investisiya Şirkəti” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankının İŞ-03 nömrəli, 12.10.2018-ci il tarixli müddətsiz lisenziyası əsasında fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
marja.az

2Mənbələr