AZ

40 günlük müharibədə İranda ölənlərin sayı məlum oldu

İsrail və ABŞ-nin İrana qarşı başladığı hücumlar 40-cı günündə atəşkəslə nəticələnsə də, ölkədə ağır itkilərin miqyası açıqlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Məhkəmə-Tibbi Ekspertiza Qurumunun məlumatına görə, hücumlar nəticəsində 3 mindən çox insan həyatını itirib. Açıqlamaya əsasən, həlak olanların təxminən 40 faizinin cəsədləri tanınmaz vəziyyətdədir.

Müharibənin 40-cı günündə 15 günlük atəşkəs qərarı qəbul edilib. Lakin Livanda Hizbullaha qarşı hücumların davam etməsi razılaşma ətrafında gərginlik yaradıb.

İran tərəfi Livanın da atəşkəsi əhatə edən 10 maddəlik planın bir hissəsi olduğunu bildirir. ABŞ və İsrail isə bu mövqeni bölüşmür və atəşkəsin Hizbullahı əhatə etmədiyini qeyd edir.

Seçilən
18
manset.az

1Mənbələr